Dünya
12.02.2018 / 13:23

Rusiya, İran və Türkiyə XİN rəhbərləri görüşəcək

Rusiya, İran və Türkiyə XİN rəhbərləri görüşəcək
Rusiya, Türkiyə və İran xarici işlər nazirləri Suriya məsələsi ilə bağlı yenidən bir araya gələcək.

İnform.az APA-ya istinadən xəbər verir ki, Rusiya prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi və xarici işlər nazirinin köməkçisi Mixail Boqdanov deyib.

M. Boqdanov bildirib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, türkiyəli həmkarı Mövlud Çavuşoğlu və iranlı həmkarı Cavad Zəriflə mart ayında Astanada görüşəcək. Hazırda tarix dəqiqləşdirilir.

İnform.az

Baxış sayı: 88