Siyasət
12.02.2018 / 12:50

Əfv Komissiyasının növbəti iclası bu həftə keçiriləcək

Əfv Komissiyasının növbəti iclası bu həftə keçiriləcək
Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası bu həftə keçiriləcək.

İnform.az “Report”-a istinadən xəbər verir ki, iclasda komissiyaya daxil olan növbəti müraciətlərə baxılacaq.

Xatırladaq ki, bu il Əfv Məsələləri Komissiyasının 3 iclası keçirilib, daxil olan 1000-dək müraciətdən 300-nə baxılıb, onların əksəriyyətinə müsbət rəy verilib.Müraciətlərə tam baxıldıqdan sonra müvafiq siyahı Azərbaycan Prezidenti İlham Əliyevə təqdim ediləcək.

İnform.az

Baxış sayı: 95