Dünya
12.02.2018 / 12:32

Rusiya və Hindistan arasında S-400-lər üzrə müqavilə imzalanacaq

Rusiya və Hindistan arasında S-400-lər üzrə müqavilə imzalanacaq“Rusiya və Hindistan arasında yaxın günlərdə S-400 zenit raket kompleksləri üzrə müqavilə imzalanacaq”.

İnform.az ordu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Hindistandakı səfiri Nikolay Kudaşyev bəyan edib.

“Rusiya və Hindistan arasında beynəlxalq münasibətlər 70 ildən çoxdur ki, uğurla inkişaf edir. Siyasi konyukturanın dəyişilməsinə baxmayaraq iki ölkənin xalqı emosional yaxınlıq və qarşılıqlı simpatiya hissini saxlamağa müəssər olublar. Həmçinin ölkələr arasında da bir çox sahələr üzrə əməkdaşlıq aparılır və bu sahələrin ən önəmlilərindən biri hərbi-texniki əməkdaşlıqdır”, - deyə Kudaşyev bildirib.

O qeyd edib ki, Rusiya ilə Hindistan arasında hərbi-texniki əməkdaşlığın 60 ildən çoxdur davam etməsi ölkələrin bir-birinin istehsal məhsullarına olan hörmətinin göstəricidir.

“Hazırda Hindistanda T-90S-lər yığılır, həmçinin Su-30 MKİ təyyarələrinin modernləşdirilməsi həyata keçirir. Rusiya və Hindistan arasında səsdənsürətli “BrahMos” raketlərinin birgə istehsalı həyata keçirilir. Bu günlərdə isə S-400-lərə dair müqavilə imzalanacaq”, - deyə rusiyalı səfir vurğulayıb.

İnform.az

Baxış sayı: 126