Baş xəbər, Sosial
12.02.2018 / 12:18

Bakı-Tbilisi-Bakı sərnişin qatarının hərəkət cədvəli dəyişdirilir

Bakı-Tbilisi-Bakı sərnişin qatarının hərəkət cədvəli dəyişdirilir
Bakı-Böyük Kəsik mənzilində surətin artırılması ilə əlaqədar olaraq, 38/37 nömrəli Bakı-Tbilisi-Bakı qatarının hərəkət cədvəli Bakıdan və Tbilisidən 15.02.2018-ci il tarixdən etibarən dəyişdirilir.

"Azərbaycan Dəmir Yolları" QSC-dən İnform.az-a verilən məlumata görə, qatar Bakıdan saat 21-50-də yola düşməklə Tbilisiyə saat 10-30-da (10-50 əvəzinə) çatacaq. Tbilisidən saat 20-35-də (19-45 əvəzinə) yola düşəcək və Bakıya saat 9-00-da çatacaq.

Inform.az

Baxış sayı: 24