İdman
12.02.2018 / 12:12

Azərbaycan Dünya Kubokuna 1 idmançı ilə yollanır

Azərbaycan Dünya Kubokuna 1 idmançı ilə yollanır
Martın 1-də Meksikanın Qvadalaxara şəhərində güllə atıcılığı üzrə Dünya Kuboku keçiriləcək.

İnform.az apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan 12 gün davam edəcək yarış üçün 1 snayper sifariş edib.

İlin ilk mötəbər yarışında hədəf önünə Ruslan Lunyov çıxacaq. O, 10 m və 25 m məsafələrdən atəş açmada dəqiqliyini yoxlayacaq.

Yarışda ümumilikdə 50 ölkənin 404 idmançısı mübarizə aparacaq.

İnform.az

Baxış sayı: 25