İqtisadiyyat
12.02.2018 / 12:03

"2018-ci ildə iqtisadi artım üzrə pozitiv dinamikanın qorunacağı gözlənilir" Elman Rüstəmov

"2018-ci ildə iqtisadi artım üzrə pozitiv dinamikanın qorunacağı gözlənilir"
"2017-ci ildə makroiqtisadi sabitliyin güclənməsi iqtisadi aktivliyin canlanmasına müsbət təsir edib".

İnform.az "APA-Economics"-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında deyib. O bildirib ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2017-ci ildə qeyri-neft sektorunda 2,7%-lik iqtisadi artım baş verib.

"O cümlədən qeyri-neft sənayesində 3,7%, kənd təsərrüfatında 4,2% iqtisadi artım olub. İqtisadi artım dövlətin investisiya xərclərinin və qeyri-neft ixracının artması, habelə istehlakçı inamının yüksəlməsi ilə dəstəklənib. 2018-ci ildə də iqtisadi artım üzrə pozitiv dinamikanın qorunacağı gözlənilir", - deyə E.Rüstəmov vurğul

İnform.az

Baxış sayı: 31