Dünya
12.02.2018 / 11:49

Mettis YPG terrorçularının Afrinə doğru irəlilədiklərini etiraf edib

Mettis YPG terrorçularının Afrinə doğru irəlilədiklərini etiraf edib
ABŞ Müdafiə naziri Ceyms Mettis YPG terrorçularından bəzilərinin Türkiyənin əməliyyatının davam etdiyi Afrinə doğru istiqamətləndiyini qəbul edib.

İnform.az ordu.az-a istinadən xəbər verir ki, o, bu barədə Avropaya uçuşu əsnasında danışıb.

“Afrində baş verənlər bəzi YPG üzvlərini özünə cəlb edir. YPG öz kürd dostlarının Afrində hücum altında olduğunu düşünür”, - deyə Mettis bildirib.

Eyni zamanda Mettis bir daha Türkiyənin Suriya sərhədi boyunca real təhlükəsizlik qayğılarının olduğunu və ABŞ-ın bunu inkar etmədiyini əlavə edib.

İnform.az

Baxış sayı: 90