Gündəm, Şərhlər
22.07.2015 / 13:45

Fırıldaq yazar

Fırıldaq yazar

Xanəmir TELMANOĞLU / İnform.az



Ey fırıldağından fitnə və fəsad doğacağını dərk edən füsunkar fərəh!



Məşhur ingilis dedektiv yazarı, RJ Ellorin saxta ləqəblər yaradaraq öz kitabları haqqında olmuyan fərziyyələr irəli sürər, rəylər yaradarmış. Özü və yaradıcılığı haqqında, fərqli imzalarla əfsanəvi düşüncələr irəli sürən bu dələduz, yeri gələndə rəqib bildiyi məşhur yazarların canına oxuyar, onları aşağılayar, gözdən salan fikirlər deyərmiş. Baxın ha, keçmiş zamandan danışıram. Çünki sənətkar etdiklərindən dolayı nə qədər ictimai fikir qarşısında haqsızsa, bir o qədər də gec olmadan əxlaq nümayiş elətdirib. Düz 4 il sərasər özü haqqında uydurma, qondarma fikirlərə, rəylərə imza atmağı başaran RJ Ellorin axır ki, bir sabah yuxudan oyanıb yerindən qalxanda yəqin, güzgü önünə gəlib, bir özünə baxıb, bir ona, yox, yox, bir daxilinə, vicdanının səsinə qulaq şəkləyib. Deyib nə qədər gec deyil, təcili üzr istəyim. Elə də olub. Əslində əməlinin faş olduğunu anlayan neçə nəfər yazar, ya tanınmış tanıyırsınız bu ölkədə ki, ictimaiyyətdən üzr istəsin. Yəni, ictimaiyyəti bir anlıq Allah sansın və onu bağışlamasını, əfv eləməsini diləsin. Üzr istəmək dua kimidir, qafil! Üzrü vaxtında, yerinə görə, üzrünün müqabilinə görə istəmək duadan da betərdir. Məncə Ellorin kimi yazarların üzr istəməsi ikiqat qazanc əldə etməyə bənzər. Bir oxla iki quş misalı... üzr istəyər, əxlaq nümayiş elətdirər... vicdanlı olma yetənəyini ən az özü anlar. Xalqı böyük sayar, ictimaiyyətdən üzr diləyər, sayqı və hörmətini çoxunluqdan əsirgəməz. Toplumdan istədiyi üzrün topluma olan sayqısıyla, üzə çıxmasıyla Allaha eş, bərabər tutduğu dəyəri vaxtında qiymətləndirməsi nəyə desən dəyər. Yazarın səhvinin 100 il də ötüşsə, yenə üzr istəməsi gec sayılmaz və vaxtında (aydınlıqlar doğuracaq) atdığı addım kimi zehniyyət oluşdurar. İctimai zehniyyət bu şəkildə qəbul etdiyini sonradan etalona çevrib, növbəti aqressiya doğuracaq elementləri şəxsiyyətlər üzərində sınaqdan keçirər.
Sözümün canı var. Təni yoxdur. Sözümün ruhu var, bədəni yoxdur. Sözümün yaddaşı var, gələcəyindən məlumatsızam.
Bizdə də, tanıdığım, özünü yazar hesab edən nə qədər dələduzlar var ki, milyon dəfə Ellrininin günahlarını təkrarlamalarına baxmayaraq, iyrəncliklərinin üstü açılsa da, üzr istəmək barəsində qətiyyən düşünmək fikirləri yoxdur. Yazarın əslində yaradıcılığının güclü olması, istedadlı olması, əsərlərinin həqiqətən sənət müstəvisinə meydan oxuması onun öncül əxlaqıdır. İkinci yüksək və ilahi əxlaqı gərəkən yerdə ictimai zehniyyət qarşısında yazarın üzr istəməsidir. Bu üzr istəmə xalqın səviyyəsiz, kütlənin kütlüyü qarşısında yazarın aldığı yanlış və doğru tavrı deyil əsla. Bu gəlişmiş bir toplumun içində yüksək mədəniyyət daşıyıcısı bir gücün önündə yazarın əsərlərində itmiş, ələgəlməyən əxlaqının, dağılmış heysiyyatının toparlanması, yazarın həm də eqosunun dəf edərək şəxsiyyət nümayiş eləməsiydi. Bu tavr yazarın həm də, çağdaş dönəmdə, gəlişmiş toplum zehniyyəti qarşısında şəxsiyyətinin yoxlanması, sınaqdan çıxarılmasıdır. Məncə, bundan sonra yazar ziyalılığa həm də belə bir addım atmaqla öz “yazar ərazisini” yetərli qədər genişləndirmiş olar.

Baxış sayı: 568