Dünya, Hərbi
11.02.2018 / 12:12

TSQ-dan gecə əməliyyatları: YPG qaçır

TSQ-dan gecə əməliyyatları:
Türk ordusu Afrində PKK-PYD terror qruplaşmasının mövqelərinə ağır zərbələr endririb.

İnform.az-ın xəbərinə görə ordu.az Türkiyə KİV-lərinə istinadən gecə saatlarında PKK, PYD qruplaşmasının mövqeləri bombardman edildiyini bildirib.

Məlumata görə, türk aviasiyası və artilleriyası ilə atəşə tutulan mövqelər darmadağın edilib. Partlayış səsləri sərhədboyu bölgələrdə eşidilib.

Qeyd edək ki, ötən gün Suriyanın Afrin bölgəsində Türkiyəyə məxsus hərbi helikopter vurulub. Nəticədə 2 pilot həlak olub. Ümumilikdə ötən gün Türkiyə ordusunun 11 əsgəri şəhid olub, bir neçə hərbçi yaralanıb.

İnform.az

Baxış sayı: 32