Dünya
11.02.2018 / 11:55

"Zeytun budağı"nın SON GÜNDƏLİYİ

"Zeytun budağı"nın SON GÜNDƏLİYİ
Türkiyə Silahlı Qüvvələrinin Afrində keçirdiyi "Zeytun budağı" antiterror əməliyyatı başladığı gündən 1266 terrorçu zərərsizləşdirilib.

İnform.az Trend-in məlumatına istinadən xəbər verir ki, qərargah ötən gün həyata keçirilən əməliyyatlar nəticəsində İŞİD, YPG və PYD terror təşkilatlarının 86 üzvünün məhv edilməsi barədə xəbər yayıb.

Bundan başqa, son məlumata görə, Türkiyə HHQ terrorçuların 19 obyektinə hava zərbələri endiriblər.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Tel

İnform.az

Baxış sayı: 214