Dünya, Hərbi
10.02.2018 / 15:06

Husilər ballistik raketlə Səudiyyənin raket sistemini dağıdıblar

Husilər ballistik raketlə Səudiyyənin raket sistemini dağıdıblar
Husi qiyamçıları Yəmənin cənub-qərbindəki Taiz vilayətində quraşdırılmış Səudiyyə Ərəbistanına məxsus raket sistemini sıradan çıxarıb.

İnform.az bildirir ki, ordu.az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərinə görə, məlumata görə onlar bunun üçün sistemin yerləşdiyi əraziyə ballistik raket atıblar.

Məlumata görə, vurulan sistem Amerika istehsalı MIM-104F (PAC-3) raket sistemidir.

Hadisə ilə bağlı ər-Riyaddan hələlik bir açıqlama verilməyib.

İnform.az

Baxış sayı: 296