Dünya
10.02.2018 / 12:28

Afrində antiterror əməliyyatının 22-ci günü 79 terrorçu zərərsizləşdirilib

Afrində antiterror əməliyyatının 22-ci günü 79 terrorçu zərərsizləşdirilib
Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” əməliyyatı nəticəsində indiyədək 1141 terrorçu məhv edilib.

İnform.az “Report”-a istinadən xəbər verir ki, məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Əməliyyatın 22-ci günündə terrorçu PKK qruplaşmasının Suriydakı qolları olan PYD və YPG-nin, o cümlədən İŞİD-in 79 terrorçusu zərərsizləşdirilib.

Qeyd edək ki, “Zeytun budağı” əməliyyatı bu il yanvarın 20-də başlayıb.

İnform.az

Baxış sayı: 248