Dünya, Hərbi
10.02.2018 / 11:40

“ABŞ KXDR-ə münasibətdə hərbi variantları istisna etmir” -

“ABŞ KXDR-ə münasibətdə hərbi variantları istisna etmir” - “Vaşinqton KXDR-ə münasibətdə bütün mümkün hərbi variantların istfifadəsini istisna etmir”.

Ordu.az-ın NBC-yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ vitse-prezidenti Maykl Pens bəyan edib.

Onun sözlərinə görə, buna baxmayaraq ABŞ KXDR-i iqtisadi və diplomatik təsir vasitəsilə nüvə və raket proqramından imtina etdirəcəyinə ümidvardır.

“ABŞ, Yaponiya, Cənubi Koreya və Amerikanın regiondakı bütün müttəfiqləri müdafiə üçün zəruri olan bütün addımları atmağa hazırdır”, - deyə Pens bildirib.

İnform.az

Baxış sayı: 223