Hüquq
09.02.2018 / 15:42

Fəaliyyətin daha səmərəli təşkili müzakirə olunub- FOTO

Fəaliyyətin daha səmərəli təşkili müzakirə olunub-

DİN-in “Xəzri” İstirahət Mərkəzində rayon xətt polis orqanları rəislərinin şəxsi heyətlə iş üzrə köməkçiləri ilə ixtisasartırma kursu təşkil olunub.

Tədbirdə daxili işlər orqanlarında veteranlarla işin təkmilləşdirilməsi və veteran şuralarının fəaliyyətinin təşkili məsələləri ilə bağlı çıxış edən DİN Veteranlar Şurasının sədri, təqaüddə olan polis polkovniki Fərhad Süleymanov bildirib ki, ictimai asayişin muhafizəsi və ictimai təhlükəsizliyin təmin olunması, yol hərəkəti təhlükəsizliyi ilə bağlı maarifləndirmə, gənc əməkdaşlarla aparılan hamilik işində polis veteranlarının üzərinə mühüm vəzifələr düşür.

Öz çıxışında Azərbaycan polisinin daha çevik və peşəkar fəaliyyət göstərməsi, cinayətkarlığa qarşı mübarizənin daha effektli aparılması, nəticələrin yüksəldilməsi məsələlərinə toxunan F.Süleymanov polis veteranlarının polis-vətəndaş münasibətlərinin daha da şəffaflaşdırılmasının vacibliyinə toxunub.

O, polis veteranlarının mənalı həyat yolunun və zəngin təcrübəsinin yetişməkdə olan nəslə, həmçinin daxili işlər orqanlarının gənc əməkdaşlarına örnək olduğunu qeyd edib. Şura sədri xüsusi olaraq vurğulayıb ki, bu gün cəmiyyətimizdə peşəkar polis veteranlarına, onların təcrübəsinə böyük ehtiyac var.

Bakı Şəhər Baş Polis İdarəsinin Veteranlar Şurasının sədri, təqaüddə olan polis polkovnik-leytenantı Emin Məmmədov qeyd edib ki,DİN rəhbərliyinin veteranların fəaliyyətinin tənzimlənməsi və təşkilatlanması ilə bağlı qarşıya qoyduğu tapşırıq və vəzifələrin icrası diqqətdə saxlanılıb, bütün ərazi polis orqanlarında veteranlar şuralarının normal fəaliyyəti üçün hər cür şərait yaradılıb.

Qeyd olunub ki, ötən il ərzində respublikanın ərazi polis orqanlarında veteranların iştirakı ilə dörd mindən çox cinayətin açılması təmin olunub. Onların təşəbbüsü ilə təhsil müəssisələrində, gənclər kollektivlərində 3000-ə yaxın görüş, maarifləndirmə tədbiri keçirilib.

Fəaliyyətin daha səmərəli təşkili müzakirə olunub-


Zeyni Hüseynov,
DİN Mətbuat Xidmətinin əməkdaşı

Baxış sayı: 300