İdman, Sağlamlıq
09.02.2018 / 15:33

Sağlamlıq anormallıq deyil - Foto

Sağlamlıq anormallıq deyil -"Halk" ləqəbli Antonio Ceraldo və "Konan" ləqəbli Alvaro Perera özlərini ölkənin ən güclü, ən əzələli insanlarından biri sayırlar.
Bu iki qardaş yeniyetməlik illərindən bəri əzələlərinin ölçülərini artırmaq üçün zərərli kimyəvi maddələrdən, xüsusilə də sintoldan istifadə edirlər.


İnform.az milli.az-a istinadən bildirir ki, 49 yaşlı Antonio və 50 yaşlı Alvaro xüsusilə də bisepslərinin ölçülərini artırmaq məqsədilə ifrat dərəcədə sintol və "Potenay V12" preparatının inyeksiyalarından yararlanırlar.

Sonucda onların bisepslərinin ölçüləri təqribən 72 sm olub.

Braziliyanın Rio de Janeyro şəhərində yaşayan qardaşlar özlərini normal, sağlam sayırlar. Halbuki inyeksiyalar hesabına əzələlərin ölçülərinin anormal formada artırılması orqanizm üçün həddən ziyadə təhlükəlidir.

Ceraldonun dediyinə görə, hər üç saatdan bir yeyir: "Bir qayda olaraq yumurtaya, şirin kartofa və ətə üstünlük verirəm".

Pereüyra isə gündə 4 dəfə yeyir.

Onlar sutka ərzində təqribən 6 min kalorilik təam qəbul edirlər. Hər məşqdən əvvəl isə 12 banan və 6 yumurtanın ağından hazırlanmış kokteyl içirlər.

Sağlamlıq anormallıq deyil -


Sağlamlıq anormallıq deyil -


İnform.az

Baxış sayı: 151