Dünya
09.02.2018 / 15:07

Türkiyə ordusu Afrində daha 34 terrorçu məhv edib

Türkiyə ordusu Afrində daha 34 terrorçu məhv edib
Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” əməliyyatı nəticəsində 1062 terrorçu məhv edilib.

İnform.az “Report”-a istinadən xəbər verir ki, məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Əməliyyatın 21-ci günündə terrorçu PKK qruplaşmasının Suriydakı qolları olan PYD və YPG-nin, o cümlədən İŞİD-in 34 terrorçusu zərərsizləşdirilib. Terrorçuların sığınacaq yeri, silah-sursat anbarı da daxil olmaqla 19 hədəf məhv edilib.

Qeyd edək ki, “Zeytun budağı” əməliyyatı bu il yanvarın 20-də başlayıb.

İnform.az

Baxış sayı: 210