Hadisə
09.02.2018 / 00:37

FHN xalq artistinin ölümü ilə bağlı məlumat yayıb

FHN xalq artistinin ölümü ilə bağlı məlumat yayıbFHN xalq artistinin ölümü ilə bağlı məlumat yayıb.

İnform.az Fövqəladə Hallar Nazirliyinin yaydığı xəbərə istinadən bildirir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada aşkarlanan 1945-ci il təvəllüdlü Ağakişiyeva Zərnigar Fəti qızının cəsədini aşkar ediblər. Z.Ağakişiyevanın cəsədi aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.

İnform.az

Baxış sayı: 159