Din
09.02.2018 / 11:47

Vatikanın xarici işlər naziri Allahşükür Paşazadə ilə görüşəcək

Vatikanın xarici işlər naziri Allahşükür Paşazadə ilə görüşəcək
Vatikanın xarici işlər naziri, arxiyepiskop Pol Riçard Qallaxerin rəhbərlik etdiyi nümayəndə heyəti sabah, fevralın 10-da Azərbaycana rəsmi səfərə gələcək.

İnform.az “Report”un məlumatına istinadən xəbər veri ki, səfər çərçivəsində Vatikanın XİN başçısı Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ilə görüşəcək.

Qeyd edək ki, səfərin məqsədi fevralın 11-də Azərbaycan Katolik Kilsəsinin ordinarisi Vladimir Feketenin yepiskop rütbəsinə yüksəldilməsinə həsr olunmuş mərasimdə iştirak etməkdir.

İnform.az

Baxış sayı: 37