Hüquq
09.02.2018 / 11:15

25 nəfərə qarşı dələduzluq edən şəxs saxlanılıb

25 nəfərə qarşı dələduzluq edən şəxs saxlanılıbŞəki Şəhər Rayon Polis Şöbəsinə müraciət edən Baş Göynük kənd sakini G.Əlifova ötən ilin yanvar ayında Elçin adlı şəxsin onu aldadaraq 2230 manatını aldığını bildirib.

DİN-in Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin Bakı şəhər sakini Elçin Dadaşov olması müəyyən edilib. Görülmüş tədbirlərlə o, dələduzluq etməkdə şübhəli bilinərək saxlanılıb.

Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun 2017-ci il ərzində Şəki rayon sakini olan 25 nəfəri də aldadaraq dələduzluq yolu ilə onlardan ümumilikdə 4420 manat alması müəyyən edilib.

Şəki ŞRPŞ-də araşdırma aparılır.


İnform.az

Baxış sayı: 252