Dünya, Maraqlı
08.02.2018 / 12:00

Avstraliyada naməlum məxluq aşkar edilib

Avstraliyada naməlum məxluq aşkar edilib
Avstraliyanın Kuinslend ştatında sakinlərdən biri dəniz kənarında gəzərkən naməlum məxluq aşkar edib.

İnform.az Trend-in məlumatına istinadən xəbər verir ki, qadın əvvəlcə bunun iri ağac parçası olduğunu fikirləşib. Lakin obyektə daha da yaxınlaşan qadın onun canlı olduğunu müəyyən edib.

Heyvana baxış keçirənlər onun hansı dəniz heyvanı olduğunu müəyyən edə bilməyiblər. Bölgədə yerləşən parkın əməkdaşları isə onun dəniz inəyi olduğunu ehtimal edirlər.

İnform.az

Baxış sayı: 36