Hərbi, Qarabağ
08.02.2018 / 11:26

Hakopyanın ipdən asılı taleyi: Qarabağdan Ermənistana BQ rəisi göndərilir

Hakopyanın ipdən asılı taleyi:
İşğal altında olan Qarabağda "vəzifə"dən azad edilən general Mikayel Arzumanyan Ermənistan baş qərargah rəisi Movses Hakopyanı əvəz edəcək.

Ordu.az-ın "Haykakan Jamanak"a istinadən verdiyi xəbərə görə, dünən qondarma qurumun qanunsuz hərbi birləşməsinin komandirinin 1-ci müavini vəzifəsindən azad edilən general-mayor Mikayel Arzumanyan, Ermənistan ordusunun baş qərargah rəisi general -polkovnik Movses Hakopyanı əvəz edəcək.

Lakin bu məlumat hələki rəsmən təsdiq edilməyib.

General-mayor Mikayel Arzumanyan 2012-ci ildən qondarma qurumun qanunsuz hərbi birləşməsinin komandirinin 1-ci müavini vəzifəsində xidmət edirdi.

İnform.az

Baxış sayı: 139