Şərhlər
08.02.2018 / 09:32

Reytinq olanda çörək də olur...

Reytinq olanda çörək də olur... Firuz Mustafanın facebook səhifəsindən:

İki adamın dialoqunu dinlədim. Mövzu çox cəlbedici idi:

-Bu düşük adamları efirə-ekrana niyə çıxarırsiz, ay aparıcı bacı?...

-Millətimiz təlxəkləri sevir..

-Axı onlar heç təlxək də deyillər, ay rəhmətliyin qızı. Biri qışqıra-qışqıra danışaraq kimisə nəyə görəsə söyür, bir başqası dəlixana pasientinə oxşayır-özünü dahi hesab edir.

Orada meymunluq edənlər də az deyil. Oxuyanı belə, çalanı belə, yazanı belə... Yəni normal adam tapa bilmirsiz?


-Millətimiz meymunluq edənləri xoşlayır.

-Siz niyə millət adından danışırsız? Düzünü deyin, bu əlli cür pəstah və yüz cür hoqqa çıxarılan verilişlər şəxsən sizin özünüzün və ya sizin şirkətin rəhbərliyinin xoşuna gəlirmi?

-Düzü, bilmirəm bəyənir, ya yox... Amma orasını dəqiq bilirəm ki, rəhbərlik bizdən yüksək reytinqli verilişlər tələb edir. Reytinq olmayanda bizim çörəyimiz də olmur...

İnform.az

Baxış sayı: 123