Hüquq
07.02.2018 / 22:40

Şirvan sakinindən külli miqdarda heroin götürülüb

Şirvan sakinindən külli miqdarda heroin götürülübNarkotik vasitə olan heroinin alveri ilə məşğul olan Şirvan sakini saxlanılıb.

İnform.az APA-nın Mil-Muğan bürosunun məlumatına istinedən vadən xəb, Şirvan polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri çərçivəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Şirvan sakini, 1987-ci il təvəllüdlü İsayev Əli Vahid oğlu saxlanılıb.

Kriminal dairələrdə “Ququ” ləqəbi ilə tanınan, əvvəllər 3 dəfə məhkum olunan narkotacir əməliyyat məlumatı əsasında saxlanılarkən onun üzərindən 0,367 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Məhkəmənin qərarı əsasında Əli İsayevin yaşadığı Ş.Şükürov döngə 5 ev 21 ünvanında axtarış aparılan zaman oradan müxtəlif otaqlardan bükümlərə ayrılmış vəziyyətdə, ümumi çəkisi 302,726 qram güclü təsiredici narkotik vasitə olan heroin götürülüb. Eyni zamanda saxlanılan şəxsin evindən narkotik vasitələrin alveri üçün nəzərdə tutulan 2 ədəd elektron zərgər tərəzisi, 5 ədəd soyuq silah kimi istifadə oluna bilən bıçaq aşkar edilərək götürülüb.

Barəsində zəruri istintaq hərəkətlərini davam etdirilməklə narkotik vasitələrin satışı ilə məşğul olan Əli İsayevin əməllərinə hüquqi qiymət verilməsi istiqamətində Şirvan polis şöbəsinin istintaq idarəsi tərəfindən cinayət məcəlləsinin 234.1 maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Şirvan sakinindən külli miqdarda heroin götürülüb


İnform.az

Baxış sayı: 223