Elm-təhsil
07.02.2018 / 16:57

Botanika İnstitutunun doktorantı Almaniyada molekulyar sistematika üzrə təlim keçib

Botanika İnstitutunun doktorantı Almaniyada molekulyar sistematika üzrə təlim keçib
AMEA Botanika İnstitutunun doktorantı Aytən Fətdayeva 07 - 27 yanvar 2018-ci il tarixində Berlin Botanika Bağı və Botanika Muzeyində (BGBM, Almaniya) gənc mütəxəsislər üçün təşkil olunan Molekulyar filogenetika kursunda iştirak edib.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, kursda BGBM-in direktoru, professor Thomas Borschun təqdimatında iştirakçılara molekulyar filogenetikanın əsasları, bitkilərdə DNT-nin ayrılmasının əsasları, DNT ardıcıllığının təkamülü və s. mövzularda geniş məlumat verilib. Laboratoriyada aparılan praktik məşğələlər zamanı A.Fətdayeva professor Kim Govetin rəhbərliyilə müasir Bayesian, Langer və Likelihood metodlarından istifadə etməklə malekulyar filogenetik tədqiqatlar aparılması üsullarını öyrənib.

Qeyd edək ki, Botanika İnstitutu və BGBM arasında imzalanmış Razılaşma Memorandumu çərçivəsində həyata keçirilən “Cənubi Qafqazda bitki müxtəlifliyinin mühafizəsi üsullarının hazırlanması” proqramı üzrə Azərbaycan florasında yayılan Pyrus L. (yabanı armud) bitki cinsinin filogenetik inkişafını müəyyən etmək məqsədi ilə müasir tədqiqat işləri aparılır.

İnform.az

Baxış sayı: 237