Hüquq
07.02.2018 / 13:11

"Qanunsuz ov hallarına qarşı tədbirlər davam etdirilir"- DİN

"Qanunsuz ov hallarına qarşı tədbirlər davam etdirilir"-Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən respublikanın şəhər və rayonlarında qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə mütəmadi olaraq tədbirlər həyata keçirilir.

Fevralın 6-da keçirilən növbəti belə reydlər zamanı Biləsuvar rayonunun Ovçubərə kəndində Bakı şəhər sakinləri Oqtay İsmayılzadədən “Ata-arms”, Emil Mirzəyevdən “MR-27”, Orxan Əliyevdən “Ata-arms” və Vasif Bağırovdan “Zauer-Geco” markalı ov tüfəngləri götürülüb.

Qeyd olunan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsi (mülki silahın saxlanması, daşınması qaydalarının pozulması) ilə protokollar tərtib olunub.

İnform.az

Baxış sayı: 207