İdman
07.02.2018 / 12:12

Azərbaycan taekvondoçusu Avropa çempionatında bürünc medal qazanıb

Azərbaycan taekvondoçusu Avropa çempionatında bürünc medal qazanıb
Türkiyənin İstanbul şəhərində taekvondo üzrə növbəti klublararası Avropa çempionatına start verilib.

İnform.az bildirir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışın ilk gün komandamız üçün uğurlu alınıb.

Sumqayıt GİN-nin yetirməsi Fatimə Həsənova (33 kq) yeniyetmələr arasında bürünc medala sahib olub.

Qeyd edək ki, fevralın 9-da başa çatacaq Avropa çempionatında gənclərdən ibarət yığmamız 17 idmançı ilə təmsil olunur. Həmçinin respublikamızda fəaliyyət göstərən bir neçə taekvondo klublarının idmançıları da bu yarışda qüvvələrini sınayacaq.

İnform.az

Baxış sayı: 287