Şərhlər
07.02.2018 / 10:05

Türk dilindən tərcümə və ya "ABİ" "ƏMİ" deməkmiş... XƏCALƏT, RƏZALƏT...

Türk dilindən tərcümə və ya "ABİ" "ƏMİ" deməkmiş...İntiqam Soltanın facebook səhifəsindən:

Təsəvvür edin ki, iki ölkə başçılarımız, – İ. Əliyev və R. T. Erdoğan görüşüblər... Bir-biri ilə tərcüməçi vasitəsilə danışırlar.

Anlayıram, nümunə çox ciddi və iddihamedicidir. Amma davamını oxusanız, ilk baxışdan adi görünən məsələnin ciddiliyini etiraf və təsdiq edərsiniz...

İnandırım ki, yuxarıdakı göstərdiyim nümunəni təsəvvür etməyə cəsarətiniz çatmaz! Çünki bunu düşünməyə mənəvi haqqımız yoxdur...

Mətləbə keçirəm:

Cem Yılmazın təzə filminə baxdım...

"Arif V 216"


Xəcalət, rəzalət...

Filmi müzakirə etmək niyyətində deyiləm...

Təsəvvür edirsinizmi?

Filmi tərcümə ilə təqdim edirlər.

Milləti təhqir etməyin də həddi-hüdudu olmalıdır axı...

Mənə, mənim ana dilimdə çəkilmiş filmi tərcümə ilə göstərmək??!

Hansı əxlaqa sığışdırmaq mümkündür bunu?!

Bir anlıq xatırladım ki, bir dəfə İranda, kürdlər yaşayan ərazidə teatr festivalından qayıdanda ölkədaxili (İrandaxili) postlardan birində bizi saxladılar. Adi yoxlama idi... Və xeyli çək-çevirdən sonra nə oldu, bilirsinizmi?!

R. T. Erdoğanın İran tərəfindən qəbul olunmayan hansısa siyasi gedişinə görə bizi inciməyə başladılar... İnanılmazdır, deyilmi?!

Deyəndə ki, biz teatr adamlarıyıq və siyasətə qarışacağımız yoxdur. Bir də axı fərqli DÖVLƏTLƏRİK... cavab verdilər ki, nə fərqi, EYNİ MİLLƏT DEYİLSİNİZMİ?!

(Öz aramızdı, incidilsək də sonuncu fikirdən o qədər böyük həzz almışdım, qürur duymuşdum ki...)
Qayıdaq tərcümələrə:

Və inanın ki, Türkiyə daxilində bizim vətəndaşlarımıza münasibət xeyli dəyişir, bu gün sinemalarda nümayiş olunan Türk filmlərinin tərcümələrinə görə... Həm də mənfi tərəfə dəyişir.
(Yəqin ki, bu münasibətlə qarşılaşanlar etiraf edərlər)

Tərcümə də bir tərcümə ola...

Təkrar xəcalət və rəzalət...

Məsələn:

Efendim (xanıma müraciət) - cənab,

Ulan - ayə,

Abi - əmi,

Of bəə - ay daad,

Of-of - ah-ah,

və s...

Hə, bir də ki...

Söyüşlərin əvvəl və son hərfi qalmaqla, ortada hərflərin sayında nöqtələr...

Haşiyə: Xatırlayırsınızsa, yaxın keçmişdə telekanalların birində ("telekanallarımızın" deməyə də adamın dili gəlmir) "Şaban"ın filmlərinin tərcüməsi zamanı rəhmətlik K. Sunalı tərcümədə səsləndirməyə bir kimsənin "cəsatəti" çatmamışdı... Nəticədə kanal özünü gülünc vəziyyətə salmışdı... (haşiyənin sonu)

Ortaya məntiqi sual çıxır;

İki qardaş ölkənin birinci şəxsləri ünsiyyət zamanı (hər biri öz ana türkcəsində danışmaqla) tərcüməyə ehtiyac duymadıqları halda iki xalqın arasına tərcüməçini soxanlar kimlərdir?
Bəlkə bir cavab verən tapıla?!.

2-ci sual: O kimdir ki, dahiyanə deyilmiş – "BİR MİLLƏT–İKİ DÖVLƏT" fikrinə əks gedir və ya bu fikrə şübhə ilə yanaşır. Çıxsın qabağa, əlini dönsün sinəsinə və desin ki, – "mən bu fikrin yanlış olduğunu isbatlamaq istəyirəm!"

P. S.
Görmək çətin deyil ki, bunu xüsusi olaraq nəzarətdə saxlayan qeyri-milli daxili düşmənlər var. Hansı ki, qəlblərində türkçülüyə qarşı nifrətdən başqa hiss tapıılmaz!
Sözlərin altından imza qoyuram:
İntiqam Soltan

İnform.az

Baxış sayı: 1356