Din
06.02.2018 / 16:45

“Vətənpərvər gənclik dini radikalizmə qarşıdır” mövzusunda tədbir keçirilib- Lənkəranda

“Vətənpərvər gənclik dini radikalizmə qarşıdır” mövzusunda tədbir keçirilib-
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Lənkəran rayonu Hirkan qəsəbə tam orta məktəbində “Vətənpərvər gənclik dini radikalizmə qarşıdır” mövzusunda maarifləndirici tədbir keçirilib, Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş edilib.

Tədbirdə DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, Hirkan qəsəbə tam orta məktəbinin direktoru Adil Kərimov, Hirkan qəsəbə məscidi dini icmasının sədri Ayaz Mirzəyev, müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Hirkan qəsəbə tam orta məktəbinin direktoru Adil Kərimov çıxışında ölkə gənclərinin milli-mənəvi dəyərlərə, yüksək vətənpərvərlik keyfiyyətlərinə malik olduğunu qeyd edib. A.Kərimov gənclər arasında vətənpərvərliyin təbliği və dini radikalizmə qarşı mübarizədə bu kimi tədbirlərin müstəsna əhəmiyyəti olduğunu vurğulayıb.

DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxışında ölkəmizdə milli-mənəvi və dini dəyərlərin Azərbaycan mədəniyyətinin ayrılmaz tərkib hissəsi olduğunu, dini radikalizm, ekstremizm və digər mənfi meyillərin Azərbaycan mədəniyyəti üçün yad olduğunu bildirib. Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” filmi haqqında danışan E.Həmidli bildirib ki, filmin çəkilməsində əsas məqsəd gənclərin dini radikalizm, ekstremizm və digər mənfi işlərdən qorunması, milli-mənəvi dəyərlərin və vətənpərvərliyin təbliğ olunmasıdır.

Hirkan qəsəbə məscidi dini icmasının sədri Ayaz Mirzəyev və digərləri çıxışlarında şagirdlərin mənəvi-əxlaqi dünyagörüşünün formalaşması və inkişafı baxımından mühüm əhəmiyyəti olan maarifləndirmə tədbirlərini yüksək qiymətləndiriblər.

Sonda Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş edilib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

“Vətənpərvər gənclik dini radikalizmə qarşıdır” mövzusunda tədbir keçirilib-


“Vətənpərvər gənclik dini radikalizmə qarşıdır” mövzusunda tədbir keçirilib-


“Vətənpərvər gənclik dini radikalizmə qarşıdır” mövzusunda tədbir keçirilib-


İnform.az

Baxış sayı: 169