Diaspora Akademiyası, Baş xəbər
06.02.2018 / 15:38

Azərbaycanlı tələbələr ölkəmizi təmsil ediblər- Polşada

Azərbaycanlı tələbələr ölkəmizi təmsil ediblər-
Azərbaycanlı tələbələr Varşavada keçirilən tədbirdə ölkəmizi təmsil ediblər.
Bu barədə İnform.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Məlumatda deyilir ki,“College of Europe” Universitetinin Polşanın paytaxtı Varşava şəhərində yerləşən korpusunda keçirilmiş “Cənubi Qafqazın üç ölkəsinin milli günü” tədbirində Azərbaycanda təmsil olunub.

Universitetin tələbəsi, eyni zamanda Polşa Azərbaycan Gənclər Şurasının fəal üzvü Nərgiz Abdullayevanın təşkilatçılığı ilə baş tutran tədbirdə “Azərbaycan şərabları” lövhəsi də yer alıb.

Azərbaycanın qədim tarixi,musiqisi, ədəbiyyatı və mətbəxi barədə iştirakcılara geniş məlumat verilib.Daha sonra mədəniyyət proqramı çərçivəsində Azərbaycanın milli mahnılarını ifa edən trio -“Koscielna/Wypych/Ibadullayev” musiqi qrupu“Sarı gəlin” mahnısını ifa edib.

Tədbirin iştirakçılarına Azərbaycanın Polşadakı Səfirliyinin hazırladığı informasiya xarakterli broşurlar paylanılıb.

Həmçinin, ölkəmizin daha yaxşı tanıdılması üçün qonaqlar arasında viktorina keçirilib, Azərbaycan haqqında müxtəlif videoçarxlar nümayiş etdirilib.

Universitetin tələbələrindən ibarət xor qrupunun ifasında “Ey həyat, sən nə qəribəsən” mahnısı ilə tədbir başa çatıb.

Azərbaycanlı tələbələr ölkəmizi təmsil ediblər-


Azərbaycanlı tələbələr ölkəmizi təmsil ediblər-


Azərbaycanlı tələbələr ölkəmizi təmsil ediblər-


İnform.az

Baxış sayı: 116