Dünya, İqtisadiyyat
06.02.2018 / 14:48

Onlar bir gündə 114 milyard dollar itirdilər

Onlar bir gündə 114 milyard dollar itirdilər
ABŞ fond bazarlarında baş verən çöküş nəticəsində dünyanın 500 nəfər varlı şəxsinin sərvəti 114 milyard dollar azalıb.

İnform.az oxu.az-a istinadən xəbər verir ki, daha çox “Berkshire Hathaway” investisiya şirkətinin rəhbəri Uoren Baffett itki ilə üzləşib.

“Bloomberg Billionaires Index”in qiymətləndirməsinə görə, U.Baffettin sərvəti 5,1 milyard dollar azalıb.

“Facebook Inc”in yaradıcısı Mark Zukerberq isə 3,6 milyard dollar itirib.

“Amazon”un sahibi Ceff Bezos 3,3 milyard dollar itki ilə üzləşib. “Google”ın yaradıcıları Larro Peydj və Sergey Brinin sərvəti 2,3 milyard dollar azalıb.

İnform.az

Baxış sayı: 250