Mədəniyyət
06.02.2018 / 12:28

Azərbaycanlı məşhur rəssam "Çölçü"də - VİDEO

Azərbaycanlı məşhur rəssam "Çölçü"də -

O əsl ziyalı bir ailədə böyüyüb. O, sözün dəyərini və yerini bilir. Onun məhdudiyyətlərsiz, azad uşaqlığı olub. Nağılları çox sevsə də hər zaman bu nağıllarda məntiq və fəlsəfə axtarıb. O elə rənglərin fəlsəfəsini də uşaqlıqdan hiss etməyə başlayıb. O, Azərbaycanın tanınmış rəssamı Mir Teymur Məmmədovdu.

Onun uğur açarının sirri isə "Çöldə yaşam öyüdləri" verilişində, verilişin müəllifi və aparıcısı Eltən Qədimbəyli ilə Çölçü obasındakı söhbətdə açılır.

Təbiətcə sakit görünən heykəltəraş rəssamın həyatında hansı təhlükə ilə üz- üzə qaldığı və bu təhlükədən necə qurtula bildiyi haqqında danışdıqları hər kəs üçün düşündürücü və maraqlı olacaq.

Tanınmış ziyalının biznes sahəsində verdiyi öyüdlər öz işini yeni quran gənclər üçün çox yararlıdır.

Verilişin müəllifi Eltən Qədimbəylinin "siz öz ətrafınızı və dostlarınızı necə seçirsiz" və "sivilizasiyadan kənarda, Çöldən beton cəngəlliklər sizə necə görünür" suallarına heykəltaraş rəssamın maraqlı və özünəməxsus cavabı olub.

Dünyagörüşlü, təmkinli ziyalının maraqlı söhbəti kiçikdən böyüyə hər yaşdan olan tamaşaçı üçün çox maraqlı olacaq.



lent.az

Baxış sayı: 169