Elm-təhsil
06.02.2018 / 11:20

“Könüllü” Tələbə təqaüd proqramı müsabiqəsində ADAU-nun da yeri var

“Könüllü” Tələbə təqaüd proqramı müsabiqəsində ADAU-nun da yeri var“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına müvafiq olaraq gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsinə ictimai dəstək verilməsi məqsədi ilə keçirilən “Könüllü” Tələbə təqaüd proqramı müsabiqəsi başa çatıb.

Təqaüd fondunun ümumi miqdarı 3000 manat olub. Müsabiqəyə daxil olan müraciətlər komissiya tərəfindən dəyərləndirilib, 2 tələbə könüllünün hər birinə 500 manat məbləğində birdəfəlik təqaüd verilməsi qərara alınıb. Həmçinin, könüllüllük fəaliyyətinə stimullaşdırılmasına dəstək məqsədi ilə 20 tələbə-könüllünün hər birinə 100 manat pul mükafatı ayrılmasına qərar verilib.

İnform.az-ın xəbərinə görə seçilmiş tələbələrdən biri ADAU-nin “dizayn” ixtisası üzrə 1-ci kurs tələbəsi Ağgül İbrahim qızı Əhmədovadır.
Fevralın 8-də YARAT Müasir İncəsənət Məkanında keçiriləcək mərasimdə təqaüdlər tələbə könüllülərə təqdim olunacaq.

İnform.az

Baxış sayı: 339