Texnologiya
06.02.2018 / 11:12

Dünyanın ən balaca raketi kosmasa buraxılıb

Dünyanın ən balaca raketi kosmasa buraxılıb
Yaponiya Kosmik Agentliyi (JAXA) dünyanın ən balaca raket daşıyıcısını fəzaya buraxıb.

İnform.az Trend-in məlumatına istinadən xəbər verir ki, Utinoura kosmodromundan buraxılan raket daşıyıcının uzunluğu 9,5 metr, diametri 52 santimetr təşkil edir.

Bildirilir ki, raket daşıyıcının çəkisi isə 2,6 tondur. Raket fəzaya 3 kiloqram çəkisi olan eksperimental geoloji kəşfiyyat və rabitə peykini çıxaracaq.

Qeyd edək ki, raketin buraxılışı bu il yanvarın 15-i nəzərdə tutulsa da, bu cəhd uğursuz alınmışdı.

İnform.az

Baxış sayı: 259