Elm-təhsil
05.02.2018 / 13:20

BANM-ın prorektoru Prezidentin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub

BANM-ın prorektoru Prezidentin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunubBakı Ali Neft Məktəbinin (BANM) İnzibati-təsərrüfat işləri üzrə prorektoru Oktay Rzayev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.

İnform.az-a BANM-in Mətbuat xidmətindən verilən məlumata görə, Yer elmləri üzrə fəlsəfə doktoruOktay Rzayevicənab Prezident İlham Əliyevin Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qiymətləndirməsi, prorektorun Azərbaycanda həmkarlar hərəkatının inkişafındakı xidmətlərini nəzərə alaraq həyata keçirilmişdir.
Qeyd edək ki, Oktay Rzayev 2012-ci ildən Bakı Ali Neft Məktəbində İnzibati-təsərrüfat işləri üzrə prorektor vəzifəsində çalışır, eyni zamanda BANM-ın Həmkarlar İttifaqı Komitəsininsədridir. Daha öncə o, Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən iki dəfə fəxri fərmanla təltif olunub.

İnform.az

Baxış sayı: 143