Diaspora Akademiyası, Mədəniyyət
05.02.2018 / 17:31

Adanada Cahangir Novruzovun yeni tamaşasının premyerası olub

Adanada Cahangir Novruzovun yeni tamaşasının premyerası olub
Uzun illərdir Türkiyənin Adana şəhərində yaşayan Azərbaycanın Əməkdar incəsənət xadimi, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzovun quruluş verdiyi yeni tamaşanın premyerası keçirilib. Yunan yazıçı Yakovos Kambanellisin “Möcüzələr həyəti” (“Harikalar Avlusu”) adlı tamaşaya baxış Adana Böyükşəhər Bələdiyyə Teatrının səhnəsində gerçəkləşib. Premyerada Adana Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrlarının Baş rejissoru və “Altın Koza” Film Festivalının Baş direktoru İsmail Dikilitaş, eləcə də yüzlərlə sənətsevər iştirak edib.
Bu barədə İnform.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Məlumata görə tamaşa Afinanın kənar məhəllələrində yaşyayan insanların yaşadıqları çətinliklərdən qurtarmaq üçün apardığı mübarizədən, ümidlərindən bəhs edir. Eyni həyətə baxan beş otaqda yaşayan beş ailənin iç-içə davam edən həyatındakı sevinci, kədəri, sirləri bölüşməsi, bir-birinə dəstək olaraq yaşamaq uğrunda mübarizəsi anladılır.
Premyeranın sonunda İsmail Dikilitaş tamaşanın rejissoru, professor Cahangir Novruzova gül dəstəsi təqdim edərək minnətdarlığını bildirib. O, eyni zamanda teatr sənətini yaşatdığı və teatr xadimlərinə böyük dəyər verdiyi üçün Adana Böyükşəhər Bələdiyyə sədri Hüseyin Sözlüyə təşəkkür edib.

Adanada Cahangir Novruzovun yeni tamaşasının premyerası olub


Adanada Cahangir Novruzovun yeni tamaşasının premyerası olub


Adanada Cahangir Novruzovun yeni tamaşasının premyerası olub


Adanada Cahangir Novruzovun yeni tamaşasının premyerası olub


Adanada Cahangir Novruzovun yeni tamaşasının premyerası olub


İnform.az

Baxış sayı: 159