İdman
05.02.2018 / 12:21

Yığma komandamız Ukraynaya təlim-məşq toplanışına yollandı

Yığma komandamız Ukraynaya təlim-məşq toplanışına yollandı
Ağır atletika üzrə qadınlar və kişilərdən ibarət yığma komandalarımızın üzvləri bu il üçün ölkə xaricindəki ilk təlim-məşq toplanışına yollanıblar.

İnform.az Trend-ə verilən məlumata istinadən xəbər verir ki, atletlərimiz fevralın 5-23-ü aralığında Ukraynanın Xmelnitski vilayətinin Kamenets-Podolsk şəhərində hazırlıq keçəcəklər.

Toplanışda məqsəd yarışlara daha intensiv və səmərəli hazırlıq, fərqli iqlim və məşq şəraitində sınaqdan keçirilməkdir.

İnform.az

Baxış sayı: 210