Rəsmi, Baş xəbər
05.02.2018 / 11:10

Azərbaycanda növbədənkənar Prezident seçkilərinin vaxtı açıqlandı

Azərbaycanda növbədənkənar Prezident seçkilərinin vaxtı açıqlandıPrezident İlham Əliyev fevralın 5-də “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” Sərəncam imzalayıb.

İnform.az bildirir ki, bu barədə AZƏRTAC məlumat yayıb.
Məlumata görə, sərəncamda Mərkəzi Seçki Komissiyasına növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.

İnform.az

Baxış sayı: 163