Sağlamlıq
05.02.2018 / 10:53

"Kişilərin daha çox xəstələnmələrinin səbəbi cinsi hornonlardır"- Kardioloq Yusif Ağayev

"Kişilərin daha çox xəstələnmələrinin səbəbi cinsi hornonlardır"-Son zamanlar ölkəmizdə ürək problemləri ilə bağlı ölüm halları çoxalıb.

Bu barədə İnform.az-ın suallarını "Modern" hospitalın kardiologiya şöbəsinin müdiri, ali dərəcəli həkim Yusif Ağayev cavablandırıb:

-Doktor, son zamanlar ürək problemləri üzündən cavanlar, gənclər dünyalarını dəyişirlər. Bunun səbəbi nədir?

-Bilirsiniz, ürək xəstəliklərinin əmələ gəlməsində bir sıra risk faktorları var: az hərəkətlilik, yüksək qan təzyiqi, qanda şəkər və xolesterinin artması, stress, irsi meyllilik, həddən artıq alkoqol qəbulu, siqaret çəkmə,yaş və cins.

Bu faktorları araşdıranda görürük ki, bunların bəzilərini biz aradan qaldıra bilərik. Amma bəzi faktorlara isə təsir edə bilmərik, bunlar yaş, cins , irsi meyllilik və qismən stress faktorudur.

Kişilərin daha çox xəstələnməsinin səbəbi cinsi hornonlardır, belə ki, qadınlarda olan esteregon hormonların kardioprotektiv təsiri var, başqa sözlə qadın cinsi hormonların ürəyi qorumaq funksiyası var...

Xəstəliklərin cavanlaşmasına gəldikdə, hesab edirəm ki, bu, son illər stress faktorunun artmasl ilə əlaqədardır. Təsadüfü deyil ki, artıq dünya alimləri də stres faktorunu sıralanmada önə çəkmişlər.

-Bəs belə risklə üzləşməmək üçün nə etmək lazımdı, həkim kimi nə məsləhət görərdiniz oxucularımıza?


-Bu, qlobal problemdi...

Dünya Səhiyyə Təşkilatının statistikasına görə, ürək xəstəliklərindən ölüm səbəbi uzun illərdi ki, birinci yeri əldən vermir. Baxmayaraq ki, kardiologiya təbabətin ən inkişaf etmiş sahələrindən biridir...

Niyə bizdə bu daha qabarıqdı?

Səbəblər çoxdu...

İcbari Tibbi Sığortanın yox dərəcəsində olması (keçən ildən artıq 2 rayonda Yevlax və Mingəçevirdə pilot layihə kimi İTS fəaliyyətə başlayıb), əhalinin tibbi savadının aşağı olması, həkimə gec müraciət olunması, müalicənin adekvat aparılmaması və s.

Məsləhətim isə odur ki, əhalimiz vaxtaşırı həkim müayinələrindən keçsinlər, və sağlamlıqlarına biganə qalmasınlar.

İnform.az

Baxış sayı: 406