Ədəbiyyat
03.02.2018 / 15:10

Gürcü şairi Besik Xaranaulinin kitabı çap olunub- Bakıda

Gürcü şairi Besik Xaranaulinin kitabı çap olunub-Bu günlərdə Bakıda “Professor Mədəd Çobanov adına XEYRİYYƏ FONDU” tərəfindən tanınmış gürcü şairi Besik Xaranaulinin “Xoşbəxtlik anı” adlı şeirlər və poemalar kitabı nəfis şəkildə çap olunaraq oxuculara təqdim olunub.

Bu barədə İnform.az-a Fondun icraçı direktoru dr. Müşfiq Borçalı məlumat verib.

O, bildirib ki, Fondun sayca 12-ci nəşri olan bu kitabı gürcü dilindən Gürcüstanın qədim Qarayazı (indiki Qardabani) rayonundakı qədim Təhlə kəndində yaşayıb-yaradan tanınmış soydaşımız, Gürcüstan Yazıçılar Birliyinin Azərbaycan bölməsinin rəhbəri, istedadlı şair-tərcüməçi Allahverdi Təkləli (Əhmədov) çevirib.

Bakıdakı “Borçalı” nəşriyyatında işıqüzü görən kitabın redaktoru Etimad Başkeçid, naşiri Müşfiq Borçalıdır.

Kitabda görkəmli gürcü şairi Besik Xaranaulinin doxsana yaxın şeiri ilə yanaşı həm də “İki məqam”, “Vaja Pşavelanın qatır belində Çarqalidən Tbilisiyə gedişi və yol boyu xanımıyla söh¬bə¬ti” və “Biz kartof çıxarırıq” adlı poemaları verilmişdir.

1939-cu il təvəllüdlü Besik Xaranauli gürcü ədəbiyyatının 60-cı illər nəslinin tanın¬mış nüma¬yən¬də-lərindən biridir. Heç kimə bənzəməyən üslu¬bu, təhkiyəsi və şeirlərinin formasıyla yenilikçi imzaların başında gələn Besik Xaranauli gürcü ədəbi mühitinin ən novator yaradıcılarından sayılır.
Şota Rustaveli və İlia Cavçavadze adına mükafatların laureatıdır. 2010-ci ildə Nobel mükafatına namizədliyi irəli sürülmüşdür.

Kitaba tanınmış tənqidçi, esseist, ədəbiyyatşünas-alim, filologiya elmləri doktoru, professor, 2010-cu ildən Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü olan Rüstəm Kamal
“Şairin müdrükliyi və azadlığı...” sərlövhəli ön söz yazıb.

İnform.az

Baxış sayı: 266