Dünya, Qarabağ
03.02.2018 / 14:23

"Kayrat Boranbayev Şuşada məscid tikintisini maliyyələşdirməyib"- Səfirlik

"Kayrat Boranbayev Şuşada məscid tikintisini maliyyələşdirməyib"-Qazaxıstanlı iş adamı Kayrat Boranbayev Şuşa şəhərində məscid tikintisini maliyyələşdirməyib.

İnform.az-ın xəbərinə görə bu barədə Trend-ə Qazaxıstanın Azərbaycandakı səfirliyindən bildirilib.

Qeyd olunub ki, K.Boranbayev heç vaxt Dağlıq Qarabağa səfər etməyib və orada hər hansı layihənin maliyyələşdirilməsini planlaşdırmayıb və həyata keçirməyib.

Xatırladaq ki, bir müddət əvvəl Qazaxıstan mətbuatında yerli sahibkar, “Forbes” jurnalının versiyasına əsasən ölkənin 50 ən varlı şəxsi sırasında yer alan Kayrat Boranbayevin hazırda Ermənistanın işğalı altında Azərbaycanın Şuşa şəhərində Yuxarı məscidin bərpasını maliyyələşdirmək niyyətində olduğunu yazıb.

İnform.az

Baxış sayı: 48