Baş xəbər, Hüquq
02.02.2018 / 19:00

2 fevral - Gənclər günü münasibətilə Penitensiar xidmətdə tədbirlər davam etdirilir- Fotolar

2 fevral - Gənclər günü münasibətilə Penitensiar xidmətdə tədbirlər davam etdirilir-
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş idarəsində 2 Fevral – Azərbaycan Gəncləri günü münasibəti ilə tədbir keçirilib.

İnform.az Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına istinadən xəbər verir ki, şəxsi heyət üzvlərinin iştirakı ilə keçirilən toplantıda Azərbaycanda gənclər siyasətinin əsasının bütün həyatını Azərbaycanın inkişafına, tərəqqisinə həsr etmiş Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğu xatırlanıb.

Qeyd olunmuşdur ki, ulu öndər tərəfindən təsis edilmiş Azərbaycan Gəncləri Gününü gənc nəsil bütün sahələri əhatə edən nailiyyətlərlə qarşılayır. Bu da ümummilli liderimizin gənclər siyasətini uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində mümkün olub.

Ədliyyə Nazirliyinin Penitensiar xidmətində qulluq edən gənc əməkdaşların da dövlət qayğısını öz üzərlərində daim hiss etmələri tədbirdə xüsusi ilə vurğulanıb.

Tədbirin sonunda Azərbaycanda həyata keçirilən gənclər siyasətinə həsr olunmuş film nümayiş edilib.

Əlamətdar gün münasibəti ilə Penitensiar xidmətin Mühafizə Alayında da tədbirlər təşkil olunub, Hüseynqulu Sarabski adına mədəniyyət evinin yaradıcı heyətinin iştirakı ilə gənc əsgərlər üçün geniş bayram konserti alqışlarla qarşılanıb.

2 fevral - Gənclər günü münasibətilə Penitensiar xidmətdə tədbirlər davam etdirilir-


2 fevral - Gənclər günü münasibətilə Penitensiar xidmətdə tədbirlər davam etdirilir-


2 fevral - Gənclər günü münasibətilə Penitensiar xidmətdə tədbirlər davam etdirilir-


İnform.az

Baxış sayı: 223