Sosial
02.02.2018 / 11:18

Azərbaycan və Türkiyənın əmək və əhalinin sosial müdafiəsi nazirlikləri arasında əməkdaşlıq protokolu imzalanıb

Azərbaycan və Türkiyənın əmək və əhalinin sosial müdafiəsi nazirlikləri arasında əməkdaşlıq protokolu imzalanıb
Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri Jülidə Seriyeroğlunun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.

İnform.az AZƏRTAC-a istinadən xəbər verir ki, səfərin növbəti günü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Türkiyə Respublikasının Əmək və Sosial Müdafiəsi Nazirliyi arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə birgə daimi komissiyanın doqquzuncu iclası keçirilib.

Əvvəlcə əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümov iki qardaş ölkə arasında olan sıx münasibətlərdən və sosial sahədə də əməkdaşlığı zəruri edən səbəblərdən danışıb.

Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri Jülide Sarıəroğlu çıxış edərək Azərbaycan və Türkiyənin əmək bazarlarında olan vəziyyət, iş yerləri, özəl sektorda və digər sahələrdə əməkdaşlıq imkanlarından bəhs edib.

Sonra iki ölkənin nazirləri əməkdaşlıq protokolu imzalayıblar.

İmzalanma mərasimindən sonra hər iki nazir kütləvi informasiya vasitələrinin əməkdaşları üçün mətbuat konfransı keçirərək jurnalistlərin suallarına cavab veriblər.

İnform.az

Baxış sayı: 111