Din
01.02.2018 / 19:00

“Gənclər və milli-mənəvi dəyərlərimiz” adlı tədbir keçirilib- Astarada (Fotolar)

“Gənclər və milli-mənəvi dəyərlərimiz” adlı tədbir keçirilib-
Bu gün DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Astara şəhər F.Əliyarov adına 6 saylı tam orta məktəbdə “Gənclər və milli-mənəvi dəyərlərimiz” adlı tədbir keçirilib.

İnform.az-a şöbədən verilən məlumatda deyilir ki, öncə Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” filmi nümayiş olunub.

Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Turan Həsənzadə, Astara şəhər F.Əliyarov adına 6 saylı tam orta məktəbin direktoru Elçin Mirzəzadə, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Astara şəhər 6 saylı tam orta məktəbin direktoru Elçin Mirzəzadə çıxışında məktəbdə keçirilən maarifləndirmə tədbirlərini şagirdlərin milli-mənəvi dəyərlərə bağlı və vətənpərvər ruhda böyüməsində mühüm rol oynadığını vurğulayıb.

DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Turan Həsənzadə çıxışında dini radikalizm, ekstremizm və onların fəsadları haqqında məlumat verərək, milli-mənəvi dəyərlərin təbliğinin bu baxımdan əhəmiyyətini qeyd edib.

T.Həsənzadə, eyni zamanda Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş, gənclərin yad təsirlərdən, dini radikalizmdən qorunması və onlara vətənpərvərlik hisslərinin təbliğ olunması məqsədi daşıyan “Şəhadət” filmi haqqında danışıb.

2 fevral- Gənclər günü haqqında məlumat verən T.Həsənzadə, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” filmi nümayiş olunub.

İnform.az

Baxış sayı: 447