Hüquq
01.02.2018 / 18:10

Daxili İşlər Naziri Şirvanda vətəndaşları qəbul edəcək

Daxili İşlər Naziri Şirvanda vətəndaşları qəbul edəcəkAzərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov 2018-ci il fevral ayının 24-də saat 10:00-da Şirvan Şəhər Polis Şöbəsində Şirvan, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar, Cəbrayıl, İmişli, Zərdab, Saatlı şəhər və rayonlarının sakinlərini qəbul edəcək.

İnform.az bildirir ki, bu barədə DİN Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

İnform.az

Baxış sayı: 387