Elm-təhsil
01.02.2018 / 17:29

AMEA Naxçıvan Bölməsində dissertasiya mövzuları təsdiq edilib

AMEA Naxçıvan Bölməsində dissertasiya mövzuları təsdiq edilib

AMEA Naxçıvan Bölməsində Rəyasət Heyətinin ümumi yığıncağı bölmənin elmi-tədqiqat müəssisələrinin fəlsəfə və elmlər doktorluğu hazırlığı üzrə doktorantura və dissertantura qəbulunun nəticələrinə həsr olunub.
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən İnform.az-a verilən məlumata görə əvvəlcə bölmənin sədri, akademik İsmayıl Hacıyev iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

Tədbirdə bölmənin kiçik elmi işçi vəzifəsinə keçirilmiş əməkdaşların 2018-2020-ci illər üzrə elmi-tədqiqat işləri ilə bağlı Elmi təşkilat şöbəsinin müdiri, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov məlumat verib.

Sonra kiçik elmi işçi vəzifəsinə keçmiş 13 nəfər əməkdaşın mövzusuRəyasət Heyətinin üzvlərinə təqdim olunub. Müzakirələrdən sonra mövzuların təsdiq olunması barədə qərar qəbul edilib.
Daha sonra bölmənin fəlsəfə və elmlər doktorluğu hazırlığı üzrə doktorantura və dissertanturaya qəbulla bağlı Təhsil və Kadrlar şöbəsinin müdiri Filurə Sadiqova məlumat verilib. O, 2018-ci il üçün fəlsəfə və elmlər doktoru hazırlığı üçündoktorantura və dissertanturaya qəbulun nəticələrini diqqətə çatdırıb. Bildirib ki, bölmə üzrə cari ildə 12 nəfər fəlsəfə doktoru hazırlığı üzrə dissertanturaya, 2 nəfər elmlər doktoru hazırlığı üzrə doktoranturaya, 2 nəfər isə elmlər doktoru hazırlığı üzrədissertanturaya müraciət edib.

Müzakirələrdən sonra 16 nəfərin qəbul planı təsdiq edilib.

Inform.az

Baxış sayı: 114