İdman
01.02.2018 / 17:26

"Keşlə" Rusiya klubuna qarşı

"Keşlə" Rusiya klubuna qarşı
Türkiyədə təlim-məşq toplanışında olan "Keşlə" bu gün sonuncu yoxlama oyunu keçirir.

İnform.az qol.az-ın məlumatına istinadən xəbər verir ki, paytaxt klubu Rusiyanın birinci divizion təmsilçisi "Yenisey"lə qarşılaşır.
Görüş Bakı vaxtı ilə saat 17:00-da başlayıb.

Qeyd edək ki, "Keşlə" bundan əvvəl yoxlama görüşlərində Ukraynanın "Karpati"sinə 1:2 hesabı ilə uduzub, "Rabotniçki"yə 1:0 hesabı ilə qalib gəlib.

İnform.az

Baxış sayı: 153