Baş xəbər, Hüquq
31.01.2018 / 10:30

Azərbaycan polisinin keçdiyi tarixi yol- Fotolar

Azərbaycan polisinin keçdiyi tarixi yol-
Bu il Daxili İşlər Nazirliyinin yaradılmasının 100 yaşı tamam olur.

Bu münasibətlə İnform.az "AZƏRBAYCAN POLİSİ-100" rubrikası altında DİN-ə rəhbərlik etmiş nazirlərin, bu qurumun veteranları, eləcə də gənc polis əməkdaşları haqqında maraqlı silsilə yazılarla görüşünüzə gələcək.

İlk yazımız Daxili İşlər Nazirliyinin yaranma tarixiylə bağlıdı. Azərbaycan polisinin keçdiyi tarixi yola nəzər salaq:

1918-ci il may ayının 28-də öz müstəqilliyini bəyan edən Azərbaycan Xalq Cümhuriyyətinin milli hökumətinin tərkibində Daxili İşlər Nazirliyi yaradıldı.
1918-1920-ci illəri əhatə edən fəaliyyəti dövründə, nazirlik və onun tərkib hissəsi olan polis Azərbaycan dövlətinin formalaşmasında, milli maraqların qorunmasında mühüm rol oynayaraq, müstəqilliyin müdafiəsinin ön sıralarında oldu.

1920-ci il aprelin 27-də Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra SSRİ dövründə İttifaq Daxili İşlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan SSR Daxili İşlər Nazirliyi sosialist quruluşuna uyğun, mahiyyətcə sinfi xarakter daşıyan orqan idi.

Lakin buna baxmayaraq, həmin dövrdə Azərbaycanın daxili işlər orqanları cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması sahəsində böyük təcrübə qazandı, yüksək bilik və peşə hazırlığı əldə etdi, respublikada asayişin, əmin-amanlığın keşiyində mətanətlə dayanıb, təşkilati cəhətdən möhkəmləndı.

1941-45-ci illərdə faşizm ilə mübarizədə Azərbaycan polisinin 800 nəfərə yaxın əməkdaşı rəşadətlə vuruşub, qəhrəmanlıq, igidlik nümunələri göstərərək yüksək orden və medallara layiq görülüblər.

Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi başlandıqdan sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyəti 932 şəhid verib, 681 əməkdaş isə əlil olub.

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə 460 nəfər polis əməkdaşı, Daxili Qoşunların 511 nəfər hərbi qulluqçusu şəhid olub, daxili işlər orqanlarının əməkdaşlarından 67 nəfərə "Milli Qəhrəman" fəxri adı verilib, "Azərbaycan Bayrağı" ordeni ilə 86 əməkdaş, müxtəlif orden və medallarla isə 247 əməkdaş təltif edilib.

18 oktyabr 1991-ci ildə “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edildikdən sonra Azərbaycanın Daxili İşlər Nazirliyi keçmiş SSRİ Daxili İşlər Nazirliyinin tabeliyindən çıxaraq, həmin dövrdən suveren Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi kimi fəaliyyət göstərir.

Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2001-ci il tarixli Fərmanı ilə "Daxili İşlər Nazirliyinin Əsasnaməsi və strukturu" təsdiq edilib.

Müstəqillik illərində Daxili İşlər Naziri vəzifəsini tutanlar:


Xoyski Fətəli Xan İsgəndərxan oğlu (28.05.1918 – 17.06.1918)

Behbudxan Cavanşir (17.06.1918 – 26.12.1918)

Xasməmmədov Xəlil bəy (26.12.1918 – 16.06.1919)

Usubbəyov Nəsib bəy Yusif oğlu (16.06.1919 – 22.12.1919)

Sultanov Həmid Həsən oğlu (28.04.1920 – 01.06.1921)

Bağırov Mircəfər Abbas oğlu (05.10.1921 – 22.05.1927)

Rizayev Novruz Kərim oğlu (22.05.1927 – 10.07.1929)

Yemelyanov Stepan Fyodoroviç (01.08.1929 – 05.02.1941)

Yaqubov Mirteymur Ələkbər oğlu (06.03.1941 – 01.06.1943)

Atakişiyev Ağasəlim İbrahim oğlu (10.07.1943 – 06.06.1953)

Quskov Anatoliy Mixayloviç (08.08.1953 – 25.03.1954)

Buliqa İvan Yefistovyeviç (30.04.1954 – 10.07.1956)

Kərimov Əli Həbib oğlu (11.08.1956 – 05.02.1960)

Məmmədov Xəlil Məmməd oğlu (03.11.1960 – 05.01.1965)

Əlizadə Məmməd Əli oğlu (05.01.1965 – 19.03.1970)

Heydərov Arif Nəzər oğlu (19.03.1970 – 20.07.1978)

Vəliyev Cəfər Cəbrayıl oğlu (04.11.1978 – 06.04.1987)

Məmmədov Aydın İsrafil oğlu (07.04.1987 – 09.05.1990)

Əsədov Məhəmməd Nəbi oğlu (23.05.1990 – 18.11.1991)

Kərimov Tofiq Mirzə oğlu (18.11.1991 – 20.02.1992)

Əliyev Tahir Yunus oğlu (24.02.1992 – 25.05.1992)

Həmidov İsgəndər Məcid oğlu (26.05.1992 – 16.04.1993)

Allahverdiyev Abdulla Museyib oğlu (21.04.1993 – 25.06.1993)

Novruzov Vaqif Yusif oğlu (07.07.1993 – 29.04.1994)

Usubov Ramil İdris oğlu (29.04.1994)


Azərbaycan polisinin keçdiyi tarixi yol-


Azərbaycan polisinin keçdiyi tarixi yol-


Mənbə: mia.gov.az

Baxış sayı: 700