Ədəbiyyat
30.01.2018 / 13:01

"Bu gün paxıllığın, rəzilliyin dəfn günü idi..."- Giya Paçxataşvili

"Bu gün paxıllığın, rəzilliyin dəfn günü idi..."-

Şair və tərcüməçi Giya Paçxataşvilinin Atatük mərkəzində "Tut ağacı" adlı yeni kitabının təqdimetmə mərasimi keçirilib. Şair bu tədbirlə bağlı öz facebook səhifəsində kövrək sözlər yazaraq, mərasimin təşkilatçılarına təşəkkürünü bildirib.

İnform.az-ın xəbərinə görə şair öz facebook səhifəsində həmin tədbirlə bağlı ürək sözlərini belə ifadə edib:

"56 illik ömür səlnaməsi yarpaq - yarpaq iştirakçıların başına səpələnərək 57 - mi gətirdi həyatıma - dostlarla, həmkarlarla, can yoldaşımla birgə!

Və bu 57 - min ayağı özü gəlməmişdən sayalı oldu deyəsən - üzərliksiz, filansız. Axı göz necə dəysin dostların, qələmdaşların, stoldaşların qəlbinə?! Bu ürəklər, bu diləklər o qədər təmiz idi ki, yanvar soyuğunu isidən günəş zülmət şeytanlarını qovmuşdur Atatürk Mərkəzindən.

Bu gün paxıllığın, rəzilliyin dəfn günü idi. Çünki TUT AĞACININ bəhməz - bəhməz şirinliyi qonmuşdu gələnlərin dillərinə...Və şəkil - şəkil, ürək - ürək əbədiləşdirməkdə idi "SƏDAQƏTİN" təqdimatını.

Bu gün Bakıda şimal küləyinin "İstirahət günü" idi...Fəqət səmimi söz, ürəkaçan təbrik boğazdan aşağı təbriklərin təntənəsi idi. Çünki bura gələnlərin böyük əksəriyyəti sözün, ürəyin çəkisinə qiymət verənlərin məclisi idi. Bu qiymətverənlərin masabəyisi Qiymət Məhərrəmli söz xiridarı Nizami Cəfərovdan rüsxət alaraq Giyasevərlər orkestrinə gözəl drijorluq etdi.

İlham Abbasovla davam edən xatirələr aratoriyası ən müqəddəs ruhların - Lamara Tartaraşvilinin, Fikrət Mursaqulovun, Şamxal Nəsiboğlunun, Akif Səmədin və...bir çox ruh adamlarının "ruh dincliyi" idi. Bura xatirələr, səmimi olaylar və obyektiv qiymətləndirmələrin " işıq konserti idi. Və bu işıqdan bütün iştirakçılara pay düşürdü.

Bu göz - könül bayramının bütün söz adamlarına könül bayramıma görə Allahın rizası ilə təşəkkür edir, FB dostlarıma çox sağ ol deyirəm... Mənli, Xatirəli, Qiymətli, İlhamlı, Nizamili, İbrahimli söz bayramına görə - məni cavanlaşdırdıqlarına görə hamıya Sözün və Mənim böyük təşəkkürü düşür! Fotolara və görüntülərə köçürülən - yetimlik və tənhalığı qovan bu həmrəylik bayramına eşq olsun!!!"

"Bu gün paxıllığın, rəzilliyin dəfn günü idi..."-


İnform.az

Baxış sayı: 406