Ədəbiyyat
29.01.2018 / 20:15

"Həzrəti Rüqəyya"kitabının təqdimetmə mərasimi keçirilib- Fotolar

"Həzrəti Rüqəyya"kitabının təqdimetmə mərasimi keçirilib-

Dünən Bakı İslam Universitetinin məzunu, tədqiqatçı-publisist Hacı Həsən Hüseyninin “Həzrəti Rüqəyyə” kitabının təqdimatı keçirilib.

Bu barədə İnform.az-a AYB-nin Xəzər bölməsindən Ülviyyə İsrafilova məlumat verib.

Məlumata görə, mərasimi giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyinin İrs Komissiyasının Sədri, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, Sona Xəyal açıb.

Hacı Həsən Hüseynin yaradıcılığından söz açan S.Xəyal müəllifin əvvəlki kitablarda olduğu kimi “Həzrəti Rüqəyyə” əsərində də “Əhli-beytə” müraciət etdiyini söyləyib. Bildirib ki, Azərbaycanda bu mövzuda yazan ilk tədqiqatçı Hacı Həsən Hüseynidir.

Daha sonra çıxış edən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Buzovna kəndinin axundu Hacı Soltan Əlizadə “Həzrəti Rüqəyyə”nın müəllifin çap olunan doqquzuncu kitabı olduğunu söyləyib.

Bildirib ki, müəllif əvvəlki kitablarında olduğu kimi yazılı mənbələrdən istifadə etməklə qiymətli tədqiqat işi ərsəyə gətirib.

Tədbirə qatılan Azərbaycan Yazıçılar Birliyinin sədri Arif Buzovnalı çıxışına təbrik sözləri ilə başlayıb. Müəllifin yaradıcılığına nəzər salan A.Buzovnalı Hacı Həsənin eyni zamanda onun döyüşçü yoldaşı olduğunu, Qarabağ döyüşlərində yaralandığını qeyd edib. O, Hacı Həsənin müasir İslamın tədqiqində böyük rolu olduğunu söyləmişdir.

V.Şekspir faciələrinin təsirində olduğunu söyləyən kitabın redaktoru, müstəqil jurnalist Dilbər Ağayeva isə əsəri tam tarixi faciə adlanıb.

Kitabın ön söz müəllifi, şair-publisist Fəxrəddin Meydanlı kitabı gənc nəsil üçün ibrət mənbəyi, islamçılığın əsil mahiyyətinin göstərilməsi və təbliği sahəsində qiymətli əsər kimi dəyərləndirib.

"Həzrəti Rüqəyya"kitabının təqdimetmə mərasimi keçirilib-


"Həzrəti Rüqəyya"kitabının təqdimetmə mərasimi keçirilib-


İnform.az

Baxış sayı: 433