Dünya
29.01.2018 / 14:06

Tramp etiraf etdi - "Müsəlmanları sevirəm"

Tramp etiraf etdi -ABŞ prezidenti Donald Tramp müsəlmanlara nifrət etdiyi barədə yayılan məlumatları yalan adlandırıb.

İnform.az Trend-in məlumatına istinadən xəbər verir ki, amerikalı lider bu barədə Böyük Britaniya televiziyasına müsahibəsində deyib.

“Müsəlmanlardan nifrət edirsinizmi?” - sualına D.Tramp “Yox, bu yalandır” - deyə cavab verib.

ABŞ prezidenti əlavə edib: “Mən bütün insanları sevirəm, amma əgər insanlar pisdirsə, bunun üçün cəza olmalıdır. Mənim müsəlmanlarla yaxşı münasibətlərim var və mən prezident seçkiləri ərəfəsində müsəlmanlardan dəstək görmüşəm”.

İnform.az

Baxış sayı: 298